Bakıda yağdəyişmə məntəqəsindən oğurluq edilib

Bakıda yağdəyişmə məntəqəsindən oğurluq edilib Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri tutulub
Hadisə
18 İyun , 2016 13:49
Bakıda yağdəyişmə məntəqəsindən oğurluq edilib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda yağdəyişmə məntəqəsindən oğurluq edilib.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrindən birinin dam örtüyü sökülməklə 1500 manat dəyərində mühərrik yağları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunan Fərid Xudaverdiyev və Elnur Seyidov tutulub.

Son xəbərlər

Orphus sistemi