​Bakıda yağan yağış vətəndaşların evdən çıxmasını çətinləşdirib

​Bakıda yağan yağış vətəndaşların evdən çıxmasını çətinləşdirib Həyətyanı sahəni su basması nəticəsində vətəndaşlar çıxılmaz vəziyyətdə qalıblar
Hadisə
25 Yanvar , 2015 08:40
​Bakıda yağan yağış vətəndaşların evdən çıxmasını çətinləşdirib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb. 

Son xəbərlər

Orphus sistemi