​Bakıda xuliqanlıq edən şəxsə hökm oxunub

​Bakıda xuliqanlıq edən şəxsə hökm oxunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
10 Dekabr , 2015 16:31
​Bakıda xuliqanlıq edən şəxsə hökm oxunub

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Röyal Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağazadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il martın 29-da Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Şəmiyevə bıçaqla xəsarət yetirərək sağlamlığına ağır zərər vurmuş Röyal Ağazadə tutulub. 

Son xəbərlər

Orphus sistemi