Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb

Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb Hadisə Sabunçu rayonunda qeydə alınıb
Hadisə
3 Dekabr , 2016 11:51
Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.

"Report"un əldə etdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi