Bakı. 24 aprel. REPORT.AZ/ Bakıda xəstəxana yaxınlığında naməlum kişinin meyiti tapılıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsi, Xanlar Səfərəliyev küçəsi, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinikasının yaxınlığında təxminən 40-45 yaşlı kişinin meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.