Yuxarı
    Bağlamaq

    Bakıda xəstə özünü beşinci mərtəbədən yerə atıb

    Gənc oğlan sağ qalıb

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

    "Report" xəbər verir ki, metronun 20 Yanvar stansiyası yaxınlığında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanın beşinci mərtəbəsində yaşayan 21 yaşlı Məmmədov Heydər Tariyel oğlu özünü eyvandan yerə atıb.

    O, bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndirirlər.

    H.Məmmədov uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi