Bakıda xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib

Bakıda xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib Hadisə Milli Onkologiya Mərkəzində baş verib
Hadisə
11 Noyabr , 2016 11:52
Bakıda xərçəng xəstəsi özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

"Report"un xəbərinə görə, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb. 

Ağır xəsarət alan A.Əliyev orada ölüb.

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi