​Bakıda xarici vətəndaşın şirkətindən 5 min manat pul oğurlanıb

​Bakıda xarici vətəndaşın şirkətindən 5 min manat pul oğurlanıb Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır
Hadisə
25 Fevral , 2016 16:29
​Bakıda xarici vətəndaşın şirkətindən 5 min manat pul oğurlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, oğurluq Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus Vaqif küçəsi, 5 ünvanında yerləşən “Geeta Pharma” MMC-dən edilib.

Belə ki, ofisin arxa qapısını sındıran oğru (və ya oğrular) oradan 5 min manat pul, 1 ədəd kreslo, 4 ədəd stul və noutbuk aparıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi