​Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

​Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Dekabr , 2015 18:19
​Bakıda xarici vətəndaş həmyerlisini bıçaqlayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.

O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Adambay Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi