Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar

Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar Bakı. 29 may. REPORT.AZ/ Əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseynini döyməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar."Report" xəbər ...
Hadisə
29 May , 2017 12:17
Bakıda xarici vətəndaşı döyən şəxslər saxlanılıblar

Bakı. 29 may. REPORT.AZ/ Əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseynini döyməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Belə ki, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi