Yuxarı
    Bağlamaq

    Bakıda xarici ölkə vətəndaşlarının velosipedlərini oğurlayan şəxs tutulub

    O əvvəllər də məhkum olunub

    Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda yerli sakinlərin o cümlədən Türkiyə və Avstriya vətəndaşlarının velosipedlərini oğurlayan şəxs tutulub.

    "Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-dən oktyabrın 12-dək olan müddətdə Bakı şəhər sakinləri Bəşir Hüseynova, Günel Həsənovaya, Türkiyə vətəndaşı Sabri Mecidov Selma Selim qızına və Avstriya vətəndaşı Valter Mitterbauerə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Quliyev tutulub.

    Araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi