Paytaxtda xanım sürücü yolu keçən qızı vurub

Paytaxtda xanım sürücü yolu keçən qızı vurub O, polis əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
25 Avqust , 2017 05:23
Paytaxtda xanım sürücü yolu keçən qızı vurub

Bakı. 25 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un xəbər verir ki, Həsən Əliyev küçəsində "90-BR-301" dövlət qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobil ilə hərəkətdə olan Fəridə Qurbanova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 20 yaşlı Fətəliyeva Leyla Balakişi qızını vurub.

Nəticədə qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının çanaq sümükləri sınıb və bədəninin müxtəlif nahiyələrindən əzilmiş və sıyrılmış xəsarətlər alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Xanım sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi