Bakıda xanəndə olan qızını bıçaqlayan anaya şərti cəza verilib

Bakıda xanəndə olan qızını bıçaqlayan anaya şərti cəza verilib Bakı. 6 fevral REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
6 Fevral , 2018 14:16
Bakıda xanəndə olan qızını bıçaqlayan anaya şərti cəza verilib

Bakı. 6 fevral REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rüstəmovaya Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tətbiq olunaraq ona şərti cəza verilib.

İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında Bakıda qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Rüstəmova məhkəmədə özünü təqsirli bildiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi