Bakıda xalaoğluları 7 evdən və “PlayStation” salonlarından oğurluq etdi

Bakıda xalaoğluları 7 evdən və “PlayStation” salonlarından oğurluq etdi Binə qəsəbəsində evlərdən və “PlayStation” salonlarından oğurluqlar edən xalaoğluları tutulublar.
Hadisə
19 Fevral , 2020 12:39
Bakıda xalaoğluları 7 evdən və “PlayStation” salonlarından oğurluq etdi

Binə qəsəbəsində evlərdən və “PlayStation” salonlarından oğurluqlar edən xalaoğluları tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. 

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və onun xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə, 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi