Bakıda voleybolçunu qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakıda voleybolçunu qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Dekabr , 2017 12:54
Bakıda voleybolçunu qətlə yetirən şəxsin məhkəməsində şahidlər ifadə verib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xatirə Şərifova dindirilib.

O, təqsirləndirilən şəxsi tanıdığını deyib: "Bizə gedib-gələn olub. Fevralın 22-də gecə bizə gəlib, qaldı. Səhər isə ona zəng gəlib, getdi. Bir az titrəyirdi. Ondan bu barədə soruşdum. Dedi ki, "qonşuda yaşlı kişi ölüb, ona görə birtəhərəm". Səhərisi qonşu zəng edib, Anjelikanın öldürüldüyünü bildirdi və Namiqin də qaçdığını söylədi".

X.Şərifova ifadəsində qeyd edib ki, N.Vəkilov onlara gələndə əlində telefon olub: "Bu barədə də soruşanda təzə aldığını bildirdi. Həmçinin o, mənə uşağının qızılını satdığını dedi. Lakin qızılı mənə göstərmədi. Bildirdi ki, qızıl üstündə deyil. Rəhmətlik həmişə yanıma gəlib ağlayardı ki, Şəhlanın ona borcu var, qaytarmır. Hətta onun əri Elşənin də adını çəkirdi".

Daha sonra şahid qismində Həyat Quliyeva ifadə verib. O, Azərbaycan dilində danışa bilmədiyini, təqsirləndirilən şəxsi tanıdığını vurğulayıb. Şahid bildirib ki, hadisədən sonra Anjelika Morozovanın N.Vəkilov tərəfindən öldürüldüyünü eşidib.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həminərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır. Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi