Bakıda voleybolçunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda voleybolçunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
2 May , 2018 10:52
Bakıda voleybolçunu qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

o, Məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında N.Vəkilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həminərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır.

Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi