Bakıda “Vinçester”lə atəş açan şəxs saxlanıldı

Bakıda “Vinçester”lə atəş açan şəxs saxlanıldı Bakının Səbail rayonu ərazisində odlu silahdan havaya atəş açmaqla xuliqanlıq törədilib.
Hadisə
5 İyun , 2020 12:53
Bakıda “Vinçester”lə atəş açan şəxs saxlanıldı

Bakının Səbail rayonu ərazisində odlu silahdan havaya atəş açmaqla xuliqanlıq törədilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 3-də saat 1 radələrində baş verib.

Daxil olmuş məlumatla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi