Bakıda “Vinçester”lə adam güllələyən şəxsin məhkəməsi başladı

Bakıda “Vinçester”lə adam güllələyən şəxsin məhkəməsi başladı Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Azər Orucovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.
Hadisə
5 Mart , 2020 10:44
Bakıda “Vinçester”lə adam güllələyən şəxsin məhkəməsi başladı
google.az

Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Azər Orucovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

“Report” xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

İclas martın 6-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il avqustun 5-də gecə saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib.

Salyan rayon sakini Azər Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mersedes” markalı avtomobillə Atatürk prospektinə gələrək, “Vinçester” markalı ov tüfəngi ilə paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib.

Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Orucov saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı yararlandığı odlu silahı Salyanda Kür çayına atdığını bildirib.

Polis Bölməsində hal şahidlərinin iştirakı ilə Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi