Bakıda velosiped oğurlanıb.
"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxslər rayon sakini Sahib Bilalzadəyə məxsus velosipedi oğurlayıb.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Mahir Həsənov və əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunan 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.