Bakıda velosiped oğurlayan şəxs tutuldu

Bakıda velosiped oğurlayan şəxs tutuldu Bakıda oğurluq hadisəsi baş verib.
Hadisə
29 aprel 2020 05:29
Bakıda velosiped oğurlayan şəxs tutuldu

Bakıda oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 24-i saat 18:30 radələrində Nəsimi rayonu F.Qasımov küçəsindəki evlərin birinin qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxs D.Cəfərova məxsus 400 manat dəyərində velosiped oğurlayıb.

Daha sonra D.Cəfərov bu barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Mahmudov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi