Bakıda iki nəfər velosiped oğurlamağa cəhd edib.
“Report”un xəbərinə görə, hadisə fevralın 24-də, saat 3 radələrində paytaxtın Nəsimi rayon, Topçubaşov küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Əliyev və 2003-cü il təvəllüdlü R.İslamzadə qarajdan velosiped oğurlamağa cəhd edən zaman mühafizəçi tərəfindən yaxalanılıb, daha sonra həmin şəxslər polis əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.