​Bakıda və Xaçmazda yanğın hadisələri baş verib

​Bakıda və Xaçmazda yanğın hadisələri baş verib Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
11 Aprel , 2015 07:34
​Bakıda və Xaçmazda yanğın hadisələri baş verib

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı və Xaçmaz şəhərlərində yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus köməkçi tikilinin dam örtüyü yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Xaçmazda isə vətəndaşa məxsus ikimərtəbəli 4 otaq və aynəbənddən ibarət evin pəncərə çərcivəsi və yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi