Bakı. 27 yanvar. REPORT.AZ/ Axşam saatlarında paytaxt Bakıda və Tərtər rayonunda vətəndaşlara məxsus evlərdə yanğın hadisələri baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Digər hadisə Tərtərin Seyidimli kəndində baş verib. Vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 1 otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.