Bakıda və Sumqayıtda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakıda və Sumqayıtda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulub Bakı. 7 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətlərinin açılması təmin edilib.
Hadisə
7 Dekabr , 2017 12:31
Bakıda və Sumqayıtda velosiped oğurlamaqda şübhəli bilinən şəxslər tutulub

Bakı. 7 dekabr. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətlərinin açılması təmin edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən noyabrın 12-də 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Əhməd Babayev saxlanılıblar. Onların noyabrın 10-da evlərin birinin qarşısından xalça oğurlamaları da müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də şəhər ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Sərvan Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun cari ilin fevral-avqust ayları ərzində daha 2 velosiped, 6 evdən məişət əşyaları və 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi