Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub
Hadisə
12 Aprel , 2021 13:10
Bakıda və Şəmkirdə 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Bakıda və Şəmkirdə oğurluq edən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4 358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.VəliyevQ.Məmmədov saxlanılıblar.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki evlərin birindən 5 400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.

Son xəbərlər

Orphus sistemi