Yuxarı
    Bağlamaq

    Bakıda və Mingəçevirdə 2 nəfər batmaqdan xilas edilib

    Hadisələr günorta saatlarında baş verib

    Bakı. 2 iyul. REPORT.AZ/ Günorta saatlarında Bakıda və Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

    "Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.

    Hadisələrdən biri Bakının Xəzər rayonunda, digəri isə Mingəçevir su anbarında baş verib. Dərhal Xidmətin xilasediciləri hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    "Report"un Şirvan bürosunun məlumatına görə, Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs 1995-ci il təvəllüdlü Şəki rayon sakini Ələkbərov Ərəb Yavər oğludur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi