​Bakıda və Goranboyda yanğın hadisələri baş verib

​Bakıda və Goranboyda yanğın hadisələri baş verib Vətəndaşlara ciddi maddi ziyan dəyib
Hadisə
16 May , 2015 05:49
​Bakıda və Goranboyda yanğın hadisələri baş verib

Bakı. 16 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakıda və Goranboyda yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda baş verən yanğın zamanı vətəndaşa məxsus ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci mərtəbəsində 1ədəd kondisioner, 5 kv.m sahədə əşyalar, 2-ci mərtəbədə otaqlarda 3 ədəd kondisioner, 1 otağın yanar konstruksiyaları, ayrı-ayrı otaqlarda isə 1 ədəd stul, 1 ədəd divan və televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Goranboyun Xanqərvənd kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalari 24 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi