Bakı və Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib

Bakı və Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib Bakı və Gəncə şəhərlərində piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Hadisə
23 Sentyabr , 2019 11:29
Bakı və Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib

Bakı və Gəncə şəhərlərində piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 21-də saat 6 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Solmaz Dadaşnamı vurub.

Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, həmin gün saat 19 radələrində Gəncə şəhəri, Kəpəz rayonunun Nizami prospektində Gəncə şəhər sakini N.Mədətov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Süsən Hüseynovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi