​Bakıda və Biləsuvarda yanğın olub

​Bakıda və Biləsuvarda yanğın olub Hadisə yerlərinə yanğınsöndürənlər cəlb edilib
Hadisə
28 Mart , 2015 20:36
​Bakıda və Biləsuvarda yanğın olub

Bakı. 28 mart. REPORT.AZ/ Axşam saatlarında Bakıda və Biləsuvarda yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları, Binəqədi rayonunda isə vətəndaşa məxsus 4 otaqlı mənzilin hamam otağında lambirdən ibarət tavanı və divar üzlüyü yanıb.

Mənzillərin qalan hissələri yanğından mühafizə olunub.

Biləsuvar rayonunda baş verən digər hadisədə vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin zirzəmisində 1ədəd divan və 1 p.m elektrik kabeli yanıb. Ev yanğından mühafizə olunub.

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi