Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq ölüb

Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2016 11:19
Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq ölüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda üzərinə qapı düşən 10 yaşlı uşaq 5 gün sonra ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 12-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərində dəmir qapı düşüb.

Xəstəxanaya yerləşdirilən uşaq noyabrın 17-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi