Bakıda üzərinə isti su tökülən şəxs ölüb, araşdırma aparılır

Bakıda üzərinə isti su tökülən şəxs ölüb, araşdırma aparılır Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovu
Hadisə
26 Sentyabr , 2023 12:06
Bakıda üzərinə isti su tökülən şəxs ölüb, araşdırma aparılır

Bakıda üzərinə isti su tökülən şəxs ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi