Yuxarı

Bakıda üzərində tatuirovkalar olan kişi meyiti tapılıb

Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində davam etdirilir

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunda kişi meyiti aşkarlanıb.

“Report”un məlumatına, rayonun Şüvəlan qəsəbəsi, Mübariz Qasımov küçəsində 60-65 yaşlarında üzərində zorakılıq əlamətləri görünməyən naməlum kişi meyiti aşkar olunub.

Meyitin sol ayağın pəncəsinin üzərində rus hərfləri ilə “730 дней в долине смерти” sözləri və sol bazunun yuxarı hissəsində qadın təsviri olan tatuirovkaları var.

Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi