​Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs apellyasiya şikayəti verib

​Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 1-nə təyin edilib
Hadisə
28 İyun , 2016 10:19
​Bakıda ustanın binadan yıxılaraq ölməsində günahkar bilinən şəxs apellyasiya şikayəti verib

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 1-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Abbasov tikintidə inşaatçı olub. Onun inşa etdiyi binada baş verən bədbəxt hadisə nəticəsində ustalardan biri yıxılaraq ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və S.Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı o, Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib. S.Abbasovun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilib. Ondan heç yerə getməməklə bağlı iltizam alınıb.

Bu il may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov barəsində heç yerə getməməklə bağlı qərar dəyişdirilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi Günəş Quliyeva apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi