Bakıda usta avtomobil qaçırıb

Bakıda usta avtomobil qaçırıb Bakıda usta avtomobil qaçırıb.
Hadisə
20 Dekabr , 2019 12:17
Bakıda usta avtomobil qaçırıb

Bakıda usta avtomobil qaçırıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 6-da Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinə (PŞ) müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi