Bakıda uşaqlar arasında daha çox cinayət faktının qeydə alındığı rayonlar açıqlanıb - SİYAHI

Bakıda uşaqlar arasında daha çox cinayət faktının qeydə alındığı rayonlar açıqlanıb - SİYAHI Ən aşağı rəqəm Qaradağa aiddir
Hadisə
16 Mart , 2016 16:41
Bakıda uşaqlar arasında daha çox cinayət faktının qeydə alındığı rayonlar açıqlanıb - SİYAHI

Bakı. 16 mart. REPORT.AZ/ Bakı şəhəri və rayonları üzrə 14-18 yaşadək uşaqlar tərəfindən törədilən cinayətlərin sayına görə Xəzər rayonu liderlik edir.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü il ərzində Bakı şəhərində 14-18 yaşadək uşaqlar tərəfindən cəmi 248 cinayət hadisəsi törədilib. Bu göstərici beş il əvvəl, yəni 2009-cu ildə 159, 2000-ci ildə isə 294 olub.

Binəqədi rayonu üzrə bu göstərici 2014-cü ildə 27, beş il əvvəl 14, 2000-ci ildə isə 24 olub.

Xətai rayonunda 2000-ci ildə uşaqlar tərəfindən törədilən 40, 2014-cü ildə isə 31 cinayət qeydə alınıb. 18 yaşadək uşaqlar tərəfindən törədilən cinayətlərin sayı 2014-cü ildə Xəzər rayonunda 37 olub. Bu göstərici 2000-ci ildə 15, 2009-cu ildə 14 olub.

Suraxanı rayonunda cinayətlərin sayında artım qeydə alınıb. Belə ki, 2000-ci ildə rayonda uşaqlar tərəfindən törədilən 23, 2009-cu ildə 14 cinayət hadisəsi qeydə alınsa da, 2014-cü ildə bu rəqəm 35 olub.

Sabunçu rayonunda isə cinayət sayı 2000-ci illə müqayisədə aşağı düşüb. 2000-ci ildə rayonda 54, 2009-cu ildə 12, 2014-cü ildə 32 cinayət qeydə alınıb.

Bakının rayonları arasında uşaqların ən az cinayət törətdiyi rayon Qaradağ rayonudur. Belə ki, 2000-ci ildə rayonda 15, 2009-cu ildə 2, 2014-cü ildə cəmi 5 cinayət qeydə alınıb.

Nəsimi və Nizami rayonlarında da 2000-ci illə müqayisədə say aşağı düşüb.

2000-ci ildə Nəsimi rayonunda 38, Nizamidə 45 fakt qeydə alınıb. 2014-cü ildə hər iki rayonda bu göstərici 22 olub.

Səbail, Nərimanov, Yasamal kimi rayonlarda rəqəmlər arasında ciddi dəyişikliklər baş verməyib. 2014-cü ildə Yasamalda 16, Səbaildə 10, Nərimanov rayonunda 11 fakt qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi