Bakıda uşaq oyuncaqları satılan mağazadan oğurluq edən şəxslər saxlanılıb

Bakıda uşaq oyuncaqları satılan mağazadan oğurluq edən şəxslər saxlanılıb Saxlanılan şəxslərdən biri əvvələr məhkum olunub
Hadisə
21 Noyabr , 2014 12:39
Bakıda uşaq oyuncaqları satılan mağazadan oğurluq edən şəxslər saxlanılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda uşaq oyuncaqları satılan mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 16-da Bakı şəhər sakini Roman Benaşviliyə məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, açıq nəfəslikdən keçməklə 100 manat və uşaq oyuncaqları talanıb. Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvələr məhkum olunan, 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1999-cu il təvəllüdlü Hüseyn İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi