Yuxarı

​Bakıda uşaq bağçasının binasında yanğın olub

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Bakı. 16 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda hazırda fəaliyyət göstərməyən uşaq bağçasının binasında məskunlaşmış vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın 00:37 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi