Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib
Hadisə
11 Fevral , 2017 10:06
Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəbli dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.

Son xəbərlər

Orphus sistemi