Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yanğınla bağlı məlumat yayıb.
UNEC-dən “Report”a bildirilib ki, iyulun 3-də səhər saatlarında ali məktəbin əsas tədris binasında yanğın olub.
Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
*** 09:40
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.
“Report”un əldə etdiyi məlumata görə, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.
Hadisə yerinə
Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.
Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.