Bakıda üç uşaq atası özünü asaraq öldürüb

Bakıda üç uşaq atası özünü asaraq öldürüb 28 yaşlı gənc özünü elektrik naqili ilə asıb
Hadisə
28 may 2017 21:52
Bakıda üç uşaq atası özünü asaraq öldürüb

Bakı. 29 may. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident Maştağa qəsəbəsinin "Südçülük savxozu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 28 yaşlı Naxçıvan Muxtar Respublikası sakini Vüqar Babayev özünü yaşadığı evin zirzəmisində elektrik naqili ilə asıb.

Qeyd edək ki, mərhum üç uşaq atası idi.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi