Bakıda üç otaqlı ev yanıb

Bakıda üç otaqlı ev yanıb Yanğın paytaxtın Sabunçu rayonunda baş verib
Hadisə
23 Noyabr , 2014 10:07
Bakıda üç otaqlı ev yanıb
Bakı. 23 noyabr. REPORT.AZ/Paytaxt Bakıda ötən axşam yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə, mətbəxinin lambirdən ibarət tavanı 6 kv.m sahədə və 2 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Son xəbərlər

Orphus sistemi