Yuxarı

Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda 3 nəfər dəm qazından zəhərlənib, onlardan ikisi ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölüb.

Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov və arvadı Firuzə dəm qazından zəhərlənib, Lentruş İsmayılov vəfat edib, həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi