Bakıda üç maşın toqquşub, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda üç maşın toqquşub, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO Qəza paytaxtın Nərimanov rayonu ərazisində baş verib
Hadisə
12 Sentyabr , 2017 03:19
Bakıda üç maşın toqquşub, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO
Foto:Report.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza "Hyundai" markalı avtomobilin əks hərəkət istiqamətinə çıxaraq əvvəlcə "Volkswagen"ə, ardınca isə "Niva"ya çırpılıb.

Nəticədə "Niva"da olan 1986-ci il təvəllüdlü Bağırova Yeganə Oqtay qızı, o cümlədən "Volkswagen" markalı avtomobilin sürücüsü (hələlik şəxsiyyəti məlum deyil) xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi