Bakıda Türkiyə vətəndaşının ətkəsmə məntəqisində mənşəyi məlum olmayan ət aşkar olunub

Bakıda Türkiyə vətəndaşının ətkəsmə məntəqisində mənşəyi məlum olmayan ət aşkar olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
9 avqust 2016 07:22
Bakıda Türkiyə vətəndaşının ətkəsmə məntəqisində mənşəyi məlum olmayan ət aşkar olunub

Bakı. 9 avqust. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşının ət kəsmə məntəqisində mənşəyi məlum olmayan ət aşkar olunub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülən “Ergün Ucal” ətkəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi