Yuxarı

Bakıda Türkiyə vətəndaşını maşın vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşı olan piyadanı avtomobil vurub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 17-dən 18-nə keçən gecə saat 01 radələrində Nəsimi rayonunun H.B.Əliyev küçəsində Bakı şəhər sakini Ayxan Vəliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Berat Qartalı vurub. Nəticədə xəsarət alan B.Qartal xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi