Bakıda Türkiyə vətəndaşını öldürmək istəyən şəxsə hökm oxunub

Bakıda Türkiyə vətəndaşını öldürmək istəyən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Hadisə
7 May , 2019 17:54
Bakıda Türkiyə vətəndaşını öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu E.Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan E.Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də dostuna restoranda qonaqlıq verib.

Son xəbərlər

Orphus sistemi