Bakıda Türkiyə vətəndaşını döyən şəxslər tutulub

Bakıda Türkiyə vətəndaşını döyən şəxslər tutulub Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zafer Türkəlini döyüblər
Hadisə
11 may 2016 07:10
Bakıda Türkiyə vətəndaşını döyən şəxslər tutulub

Bakı. 11 may. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşını döyən şəxslər tutulub.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, mayın 9-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zafer Türkəlini döyüblər.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və P.Dadaşov tutulublar, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi