Bakıda Türkiyə vətəndaşını avtomobillə vurub öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda Türkiyə vətəndaşını avtomobillə vurub öldürən şəxsin ibtidai istintaqı başa çatıb Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin İbrahimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 May , 2019 20:05
Bakıda Türkiyə vətəndaşını avtomobillə vurub öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin İbrahimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 7-də gecə saatlarında Bakının Babək prospektində baş verib. "Nissan X-trail" markalı, 90 SE 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü E.İbrahimzadə yolu keçmək istəyən 1982-cü il təvəllüdlü, Türkiyə vətəndaşı Serkan Kırması vurub.

Nəticədə piyada yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, qəza baş verdiyi yerdən 30 metr yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin olmasına baxmayaraq, piyada ondan istifadə etməyib. 

Son xəbərlər

Orphus sistemi