Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürən qadın ifadə verib: "Onu vintaçanla iki dəfə vurdum"

Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürən qadın ifadə verib: "Onu vintaçanla iki dəfə vurdum" Növbəti proses aprelin 3-nə təyin edilib
Hadisə
13 Mart , 2017 11:52
Bakıda tüfeyli həyat tərzi keçirən şəxsi öldürən qadın ifadə verib: Onu vintaçanla iki dəfə vurdum

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Mürsəlov ifadə verib.

O, qətlə yetirilən şəxsi vurmadığını deyib: "Ruslanı mən vurmamışam. Onu sadəcə döymüşəm".

Digər təqsirləndirilən L.Zamanova qətl hadisəni törətdiyini etiraf edib. O, R.Cavadovu vintaçanla (otverka) iki dəfə vurduğunu söyləyib.

Daha sonra A.Mürsəlov şahid Məmməd Rüstəmovun məhkəmədə şahid qismində ifadə verməsini tələb edib.

Məhkəmə şahid M.Rüstəmovun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Növbəti proses aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində baş verib. Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi