Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov yenidən məhkəməyə müraciət edib.
"Report"un xəbərinə görə, məhkəmə qərarından narazı qalan məhkum kassasiya şikayəti verib.
Qeyd edək ki, N.Qasımov və işçiləri Xatirə İmaməliyeva ilə Aidə Cəfərova Bakıda tramadol satışına görə həbs ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən qadınlara isə şərti cəza verib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.